21 bıçaq zərbəsilə qətlə yetirilən qadın aşıq – VİDEO
Tarix:
1-08-2017, 18:47
/ 6 275 dəfə oxundu.
Aşıq Gültəkin Qəmbərqızı boşanıb ayrıldığı həyat yoldaşı tərəfindən 2005-ci ildə qısqanclıq zəminində amansızcasına qətlə yetirilib. Əri ona 21 bıçaq zərbəsi vurub... GUNAZ.az xəbər verir ki, o, vaxtıyla "Aşıq Pəri məclisi"nin üzvü idi və bacısı Aytəkin Qəmbərqızı ilə ölkənin ən istedadlı qadın aşıqlarından sayılırdı. Çox heyf ki, faciəvi hadisə ilə həyatına son qoyuldu.
Onun sizə təqdim olunan ifasında necə bir sənətkar olduğunu hiss edə bilərsiniz. Və sanki aşıq burda öz taleyinə ağı deyir.