SON DƏQİQƏ
» » Azərbaycan Prezidenti qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb

Azərbaycan Prezidenti qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb

Tarix:

19-07-2017, 18:52

/ 4 042 dəfə oxundu.
Azərbaycan Prezidenti qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. 
GUNAZ.az xəbər verir ki, sərəncam qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzalanıb. 
Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb. 
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ