SON DƏQİQƏ

Azərbaycanlı alim vitse-prezident seçildi

Tarix:

4-07-2017, 18:52

/ 5 138 dəfə oxundu.
Azərbaycanlı alim vitse-prezident seçildi

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.
Fiziologiya İnstitutundan Trend-ə verilən məlumata görə, U.Həşimova bu vəzifəyə Astana şəhərində Qazaxıstan Prezdenti İşlər İdarəsi Tibb Mərkəzinin Qazaxıstanının Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyası ilə bigə təşkil etdiyi Herontoloqların II Avrasiya Qurultayında seçilib. Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.
Tədbirdə U.Həşimova Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər