SON DƏQİQƏ

Əməkdar artist vəfat edib

Tarix:

4-07-2017, 11:51

/ 3 656 dəfə oxundu.
Əməkdar artist vəfat edib

Əməkdar artist Telman Əliyev vəfat edib.
Bu barədə "Report"a mərhumun oğlu Vüqar Əliyev məlumat verib.
O bildirib ki, aktyor ürək çatışmazlığından dünyasını dəyişib. 
V.Əliyev bildirib ki, Telman Əliyevlə vida mərasimi mərhumun evində keçiriləcək, dəfn mərasimi sabah olacaq.
Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" Cəfər Cabbarlı), Baloğlan ("Almaz" Cəfər Cabbarlı), Şeyx Alı ("Vaqif" Səməd Vurğun), Məşədi İbad ("Məşədi İbad" Üzeyir Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz ("Qatır Məmməd", Zahid Xəlil), Sabir ("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İsmayıl Şıxlı) və s. rolları ifa edib. 
2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.
Əməkdar artist "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ