SON DƏQİQƏ

Sabahdan ailələr Cocuq Mərcanlıya köçəcək

Tarix:

3-07-2017, 19:46

/ 5 613 dəfə oxundu.
Sabahdan ailələr Cocuq Mərcanlıya köçəcək

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçəcək ailələr arasında püşkatma keçirilib.
Bu barədə Modern.az-a 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyev və digər sakin Esmira Orucova məlumat veriblər.
Püşkatma nəticəsində İ.Həziyev 5 ədəd dördotaqlı evdən birinin sahibi olub.
E.Orucovanın bəxtinə isə 14 nömrəli ikiotaqlı ev düşüb:
"Gözəl təsadüfdür ki, bizim rayondakı evin nömrəsi də 14 idi. Evimiz iki otaqlıdır. Vətənə qayıdacağımız üçün çox sevinirik”.
Onun sözlərinə görə, iyulun 4-dən etibarən ailələr Cocuq Mərcanlıya köçəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ