SON DƏQİQƏ
» » Qənirə Paşayeva müraciət etdi- Baş nazir pul ayırdı

Qənirə Paşayeva müraciət etdi- Baş nazir pul ayırdı

Tarix:

22-06-2017, 21:58

/ 5 089 dəfə oxundu.
Qənirə Paşayeva müraciət etdi- Baş nazir pul ayırdı

Tovuzda evlərinin dam örtüyü güclü dolu nəticəsində yarasız vəziyyətə düşən sakinlərə kömək edilməsi üçün millət vəkili Qənirə Paşayevanın baş nazir Artur Rasizadəyə müraciəti müsbət nəticə verib.
Bu barədə millət vəkili Qənirə Paşayeva deyib:
"Güclü dolu nəticəsində evlərinin dam örtüyü yarrasız vəziyyətə düşən Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan,Cəlilli, Mülkülü sakinləri!Bu gün Baş Nazir Tovuzda evlərinin dam örtüyü güclü dolu nəticəsində yarasız vəziyyətə düşən sakinlərimizə şifer yardımı edilməsi üçün sənəd imzaladı,bunun üçün maliyyə vəsaiti ayrıldı. İnşallah yaxın günlərdə sizə şifer yardımı ediləcək. Bir daha ötən günü sizi təmsil edən millət vəkili olaraq məni qəbul edən, vəziyyəti və sizin xahişlərinizi çatdırmam üçün geniş zaman ayıran və bu gün dəstəklə bağlı sənəd imzalayan Baş nazirimiz Artur müəllimə, ilk növbədə isə bu məsələni diqqətdə saxlayan və sizin üçün bu çətin günlərdə dəstək olan cənab Prezidentimizə təşəkkür edirəm. İnşallah yaxın günlərdə rayon icra qurumları, müvafiq qurumlar şiferləri sizə təqdim edəcək. Allah dövlətimizi hər zaman qorusun və daha da güclü etsin."

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ