SON DƏQİQƏ
» » Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq

Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq

Tarix:

21-06-2017, 12:58

/ 6 729 dəfə oxundu.
Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq

"Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var: "Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək". (apa)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər