SON DƏQİQƏ
» » Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

Tarix:

14-06-2017, 18:08

/ 6 400 dəfə oxundu.
Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

Hər birimiz ailəmiz üçün hər şeyə qadirik. Sağlam ailə qurmaq üçün əslində ruhumuz və düşüncə tərzimiz də, sağlam olmalıdır. Hər kəs ailədə davranışlarını çərçivə daxilində dişlərini qıcamadan həll etsə daha  gözəl ailəyə sahib ola bilər.
Beləliklə ailəmiz və özümüz üçün lazım olan 6 vacib olan davranışı oxuculara təqdim edirik.
 
Təşəkkür edin
 
Bir təşəkkür hər şeyi dəyişə bilər. Təşəkkür etmək üçün gözləməyinizə də ehtiyac yoxdur. Ailəmizə şükür etmək, onlarla keçən günümüzü şən yaşamaq üçün etməyimiz lazım olan sadə bir şey var. Təşəkkür etmək!

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

Gülün
Acsınız, amma yemək hazır deyil ? Hər gün stress keçirəcək nəsə yaşayırıq. Bundan qaçmaq mümkün deyil. Etməyimiz lazım olan şey onlara gülməkdir. Əmin olun ki, hər şey daha gözəl daha asan olacaq.

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

 

İdman edin
 
Özümüzə hər gün dediyimiz bir söz var: "idman etməliyəm". Hərəkətə keçmək, yaxşı qidalanmaq, telefonlara daha az vaxt ayırmaq, pozitiv düşünmək həm bədənimizə həm də,  ruhumuza müsbət təsir göstərir. Əsas odur ki, sağlam yaşayaq və nizamlı qidalanaq. 

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

 
Yaxşı qidalanın
 
Sağlam bir həyata qovuşmaq üçün nizamlı və sağlam qidalanmaq lazımdır. Sağlam bədən üçün doğru qidaları almaq böyük əhəmiyyət daşıyır. Bu səbəbdən naharda yediklərinizin zülal, karbohidrat və yağ nisbətini düzgün qurun.

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

 

Yuxunuzu qaydasına salın
Yuxu insan həyatında yemək və su qədər vacibdir. Həkimlər tərəfindən gün ərzində ən az 7 saat yatmaq lazım olduğu söylənilir. Yuxu təzyiqiniz və hormonları tarazlayır, həmçinin artıq çəki almağın qarşısın alır. Nizamlı yatdığınız zaman orqanizminiz özünü yeniləyir və daha sağlam olur.

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

Ailəniz həmişə yanınızda olsun
 
Ailəmiz üçün super qəhrəman, ya da qorxusuz bir silahdaş olsaq, həyat çox asan olardı, elə deyilmi? Sevdiklərimiz bir təhlükə ilə üzləşdiyi zaman onlara qol qanad olmaq, bezmədən usanmadan ailəmizi qorumaq lazımdır. O, zaman ailənin möhkəmliyi daha da güclənir. 
 

Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR

 


 





 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər