SON DƏQİQƏ
» » Mikayıl Cabbarov "Son zəng" münasibəti ilə məzunları təbrik edib

Mikayıl Cabbarov "Son zəng" münasibəti ilə məzunları təbrik edib

Tarix:

14-06-2017, 11:59

/ 4 665 dəfə oxundu.
Mikayıl Cabbarov "Son zəng" münasibəti ilə məzunları təbrik edib

Təhsil naziri Mikayıl Cabbarov "Son zəng” münasibətilə şagirdləri təbrik edib.
Nazir sosial şəbəkədə şəxsi hesabında məzunlara arzularını çatdırıb.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!
Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir.
Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız.
Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm!Yolunuz açıq olsun!”-deyə, nazir bildirib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər