SON DƏQİQƏ

Murad Arifin verilişini bağladılar

Tarix:

9-06-2017, 01:33

/ 2 065 dəfə oxundu.
Murad Arifin verilişini bağladılar

"Lider TV"də verilişi bağlanan tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arifin yeni mövsümdə fəaliyyətinin İTV-də davam etdirəcəyi deyilir.
GUNAZ.az  yenicag.az-a istinadən xəbər verir ki, M.Arif artıq telekanaldan dəvət də alıb.
Məsələ ilə bağlı açıqlama verən aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib: "Dəvətlər hər zaman, hər yerdən var. Bu barədə düşünmürəm. İsveçə biraylıq istirahətə gəlmişəm. İyulda Bakıya qayıdıb, klip çəkdirəcəyəm. Sentyabrda konsert düşünürük. Qismət olsa, yeni mövsümdən, yeni verilişlərlə sizinləyəm".
Qeyd edək ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lider TV-də yayımlanan "Solo" verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb kimi proqramın aparıcısı Murad Arifin "Maşın şou" barədə sosial şəbəkədə müsbət fikirli post paylaşması göstərilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ