SON DƏQİQƏ

AZTV və İTV-də yeni təyinatlar

Tarix:

7-06-2017, 13:33

/ 4 113 dəfə oxundu.
AZTV və İTV-də yeni təyinatlar

İctimai televiziya da və AZTV-də yeni təyinatlar olub.
Əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.
Qeyd edək ki, son günlərdə adları qeyd edilən telekanallarda xeyli rəhbər şəxs təyinatları baş tutub. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sabiq vitse-prezidenti Həsən Abdullayev İctimai Televiziyanın baş direktor müavini vəzifəsinə təyin olunub. Bundan başqa İTV-nin informasiya departamentinin direktoru vəzifəsindən çıxarılan Telman Məmmədovun yerinə direktor müavini Ələsgər Vəliyev təyin edilib. Həmçinin Gənclər, elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.

GUNAZ.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ