Nazir Azərbaycanda işsizliyin səviyyəsindən danışdı
Tarix:
2-06-2017, 12:55
/ 4 381 dəfə oxundu.
"Azərbaycanda sosial sahə yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”. "Report”a istinadən xəbər verilir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb:
"İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik olaraq gerçəkləşdirilir.
Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 70,6%-i əhatə edir”.