SON DƏQİQƏ
» » Səfərdə oruc tutmaq istəyənlərə müjdə - İcazə var

Səfərdə oruc tutmaq istəyənlərə müjdə - İcazə var

Tarix:

31-05-2017, 20:41

/ 3 798 dəfə oxundu.
Səfərdə oruc tutmaq istəyənlərə müjdə - İcazə var

Hər il müqəddəs Ramazan ayı gəldikdə orucu pozan, batil edən və ya oruc tutmamağa icazə verən şərtlərlə bağlı dindarlarda bir çox suallar yaranır. 
"Orucu sayılı günlərdə tutun… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu, kaş ki, biləydiniz” (Bəqərə, 2/184).
Həyatının əsas hissəsi səfərdə keçən və müqəddəs ayın fəzilətlərindən yararlanmaq xoşbəxtliyindən məhrum olmaq istəməyən müsəlmanlar Quranda yazılan bu ayənin məntiqli izahını istəyirlər.
İlahiyyatçı İsmayıl Əhməd Oxu.Az-a açıqlamasında bu suala aydınlıq gətirib:
"Səfər orucu xəstəlik kimidir. Yəni, əgər insan xəstə olmasına baxmayaraq, oruc tuta bilirsə, orucunu tutmalıdır. Səfər üçün qoyulan qadağa da keçmiş zamanlarda səfərlərin məşəqqətli olması ilə əlaqəlidir. Bu günlər səfərdəki vəziyyət bir çox hallarda insanın evindəki şəraitdən rahat olur. Ona görə də əgər səfər zamanı insan üçün hər hansı bir xəstəlik və ya ciddi çətinlik meydana gəlmirsə, müddət və məsafədən asılı olmayaraq oruc tutulmalıdır və bu hökm 2 rükət qılınan 4 rükətlik namazlara da şamildir. Əgər səfər zamanı hər hansı bir təhlükə yoxdursa, bütün hallarda namazlar tam qılınmalıdır”.
Qeyd edək ki, müsəlmanı oruc tutmaqdan azad edən şərtlər bunlardır: səfər, xəstəlik, hamiləlik və uşaq əmizdirmək, qocalıq, dözülməz aclıq və susuzluq, ikrah (oruc tutan şəxs orucunu pozmadığı təqdirdə, təhdidlərlə üzləşərsə, orucu pozması qəbulediləndir).

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ