SON DƏQİQƏ
» » Sənəd qəbulu başladı: sosial ev istəyənlər... - Video

Sənəd qəbulu başladı: sosial ev istəyənlər... - Video

Tarix:

30-05-2017, 22:50

/ 4 735 dəfə oxundu.
Sənəd qəbulu başladı: sosial ev istəyənlər... - Video

Bu gündən etibarən güzəştli mənzil almaq istəyənlərin qeydiyyatı başlayıb. Elə ilk gündən müraciət edənlərin sayı kifayət qədər çox olub. Qeydiyyat proseduru necədir və vətəndaşar bu mənzillərə nə vaxt sahib ola biləcəklər?
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərə qeydiyyat üçün ASAN Xidmət mərkəzlərinə yaxınlaşmaq kifayətdir.
Qeydiyyat üçün hansısa müddət limiti qoyulmayıb. İstənilən vaxt müraciət etmək mümkündür. Həmçinin, ASAN Xidmət mərkəzlərinə gəlmədən elektron hökumət portalında yerləşdirilən "güzəştli mənzil” sistemində də qeydiyyatdan keçmək mümkündür.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Müraciətin müvafiq kateqoriyaya aid olması 5 iş günü ərzində müəyyənləşəcək. Agentlik tərəfindən evlərin satışı elan ediləndən sonra vətəndaşlar mənzil sahibi ola biləcəklər.
Satışın vaxtı isə hələlik bilinmir.(xəzərxəbər)

GUNAZ.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ