SON DƏQİQƏ
» » Mübarək Ramazan ayı süfrəsində nə olmalıdır?

Mübarək Ramazan ayı süfrəsində nə olmalıdır?

Tarix:

27-05-2017, 20:58

/ 6 301 dəfə oxundu.
Mübarək Ramazan ayı süfrəsində nə olmalıdır?

İftarda hansı yeməklərə üstünlük verilməlidir? Süfrədə hansı təamlar olmalıdır? İftar və obaşdanda nələrə diqqət yetirmək lazımdır?
Deyerler.org-a istinadən bildirilir ki, mütəxəssislər aşağıdakılara diqqət etməyi lazım bilirlər.
-İftar və obaşdan süfrələrinizdə seçdiyiniz yeməklər əvvəlki dövrlərdə olduğundan çox fərqlənməməlidir;
-İftar və obaşdan arasında qidalanma, böyük həcmdə tərəvəz, meyvə, təbii karbonhidrat qaynaqları (taxıl, kartof və s.); az miqdarda qırmızı ət, ağ ət, dəniz məhsulları;az miqdarda yağ və şəkəri özündə əks etdirən məhsullar reallaşa bilər.
-Şəkər tozu əvəzinə təbii dadlandırıcılar (bal, bəhməz, xurma, qurudulmuş meyvə və s.) seçilməlidir. Ağ unun yerinə tam təmizlənməmiş un, kəpəkli una üstünlük verilməlidir. Qatı yağın yerinə isə keyfiyyətli bitki mənşəli duru yağların (zeytunyağı və s.) seçilməsi daha mühümdür.
-Kompleks karbohidratlar (tam taxıllar qrupu, paxlalı bitkilər, kartof, meyvə və tərəvəz), yəni yüksək lif ehtiva edən qidalar çox faydalıdır. İnsanı tok saxlama qabiliyyətinə malikdir.
-Obaşdanda, insanı tox tutan, lifli qidalar seçilməlidir.
-İftarda ilk olaraq təzə sıxılmış meyvə, tərəvəz şirələri, şorbalar içmək çox yaxşı bir seçimdir.
-İftarda maye istehlakından sonra, ən yaxşısı yarım saat fasilə verib, ondan sonra qatı qidaların istehlakına davam etmək lazımdır.
-Xurma çox yaxşı bir enerji mənbəyi hesab olunur və bədənin gündəlik ehtiyacının bir qismini ödəyir. İftar süfrəsində mütləq iştirak etməlidir.
-Kifayət qədər maye içmək çox əhəmiyyətlidir.
-İftar və obaşdan arasındakı qidalanmanın 51 faizi təzə tərəvəz, meyvə və çərəz növlərindən seçilə bilər. Ümumiyyətlə heyvani məhsulları azaltmaq daha xeyirlidir.
-Yemək bişirmədə daha çox qaynatma, buğlama, buxarlama, sobada bişirmə, qızartmaya üstünlük verilməlidir. Yeməklərin daha az yağlı növləri seçilməlidir
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər