SON DƏQİQƏ

Küveytdən Bakıya birbaşa aviareys açılır

Tarix:

23-05-2017, 19:39

/ 4 096 dəfə oxundu.
Küveytdən Bakıya birbaşa aviareys açılır

Küveytin "Jazeera Airways" aviaşirkəti gələn aydan Bakıya müntəzəm uçuşlara başlayacaq.
APA xəbər verir ki, aviaşirkət iyunun 23-dən etibarən həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri Əl-Küveytdən birbaşa Bakıya uçuşlar yerinə yetirəcək.
"Bakı turizmin inkişafı istiqamətində ciddi addımlar atır. Bakıya yerinə yetiriləcək uçuşlar müştərilərimizin tələbidir və bu addım yeni istiqamətlərin ekspansiyası baxımından vacibdir", - deyə şirkətin baş icraçı direktoru Rohit Ramaçandran bildirib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər