
Azərbaycanda vətəndaşlar arasında vahimə
yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində
sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər
hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları var. Lakin bu kimi
mənfi hallara qarşı effektiv mübarizə
metodu kimi maarifləndirmə işi genişləndirilməlidir. Bunu Pirallahı Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə keçirilən
tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirib. Gənclərin dini
radikalizmə qarşı mübarizədəki rolunu önə çəkən Hikmət Şikarov vurğulayıb ki,
hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini
radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə
də gənclər fəal iştirak etməlidirlər.
"Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda təşkil edilən tədbirdə, Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı ərazi bölməsinin məsul əməkdaşı Fuad Cəfərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov da xüsusi olaraq qeyd etilər ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
Toplantıda şagirdlərin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
GUNAZ.az