SON DƏQİQƏ
» » Naxçıvanda 520 hektar sahədə yaşıllaşdırma aparılacaq

Naxçıvanda 520 hektar sahədə yaşıllaşdırma aparılacaq

Tarix:

15-05-2017, 18:49

/ 3 730 dəfə oxundu.
Naxçıvanda 520 hektar sahədə yaşıllaşdırma aparılacaq

Bu ilin yaz və payız əkini mövsümündə muxtar respublika ərazisində, ümumilikdə, 520 hektar sahədə meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması planlaşdırılır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində 225 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib.
 
Aparılan yaşıllaşdırma tədbirlərində 200 min ədəddən çox meşə, meyvə tingləri, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib. Tingə olan tələbatın yerli sortlarla təmin edilməsi üçün 450 min ədəddən çox əkinəyararlı standart ting yetişdirilib. Xüsusilə üzümçülüyün və tutçuluğun inkişaf etdirilməsi, yerli meyvə tinglərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb, 100 min ədəddən artıq tut və üzüm tingləri yetişdirilib. Hazırda dibçəkdə yetişdirilmiş tinglər vasitəsilə əkinbərpa və aqrotexniki qulluq işləri davam etdirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ