SON DƏQİQƏ
» » Dələduz xidmət sahələri kontur oğurluğu ilə məşğuldur

Dələduz xidmət sahələri kontur oğurluğu ilə məşğuldur

Tarix:

12-05-2017, 14:21

/ 7 298 dəfə oxundu.
Dələduz xidmət sahələri kontur oğurluğu ilə məşğuldur


 

Kompüter, internet icad olunandan sonra elə bil insanlarda da bicləşmə dövrü başladı. Rus demişkən: "vızıv” atanlar, kontur oğurlayanlar peyda olaraq telefon istifadəçilərinin cibinə girirlər.

Çörək bişirənlər kündəni kəsərək camaata atış gələndə, xarici ölkələrdən mənşəyi bilinməyən məhsullar, geyilmiş paltarlar gətirilərək MEMİ-lərdə şıdırğı alver gedəndə əlbəttə ki, cəzasızlıqdan istifadə edən, Bakcell və Azercell şirkətləri də konturların dəqiqələrini kəsməklə vətəndaşları narazı salmağa başlayırlar. Fürsəti fövtə verməyən diribaş işbazlarımız süni düyülər, saxta dərmanlar gətirməklə insanları zərərli məhsullarla zəhərləyirlər. Görəsən hüquq-mühafizə orqanları, eləcə də sərhəd xidmətində yüksək çinli məmurlar hara baxırlar?
Kələkbaz şirkətlər daha irəli gedərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xod taparaq öz xidmət növlərini təsdiqlədərək hər bir Bakcell istifadəçilərinin əl telefonuna müdaxilə etməyə başlayırlar.
Son bir ildir ki, əl telefonuma hər dəfə kontur yükləsəm də, beş-on saniyə danışdıqdan sonra operatorun: "balansınızda kifayət qədər kontur qalmayıb” səsli mesajı ilə rastlaşıram. Axır ki, Bakcell-in Elmlər Akademiyası ərazisindəki xidmət sahəsinə yaxınlaşdım. Operator dedi ki, siz "Vialink” xidmət növünə qoşulduğunuz üçün 2016-cı ildən hər gün 24 qəpik kontorunuzdan tutulur.
Operator bildirdi ki, "Vialink” şirkətinə zəng edin. Biz bu şirkətlərə müdaxilə edə bilmirik. Çünki belə fırıldaqçı xidmət növləri xalqın cibini soyur. "Vialink”in rəhbəri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə "dil taparaq” qeydiyyatdan keçib və əl telefonlarına müdaxilə edərək Bakcell istifadəçilərinə mənasız, duzsuz suallar verərək, onları bu şəbəkəyə qoşurlar. Nəticədə vətəndaşlar aldanır. Bir tərəfdən sələmçi banklar, digər tərəfdən isə Bakcell və Azercell vasitəsilə işbaz şirkətlər telefonumuza girib, əsəblərimizə müdaxilə edirlər. Belə şirkətlər insanları bezdirib. Nəhayət, 012-404-86-60-nə zəng edib məsələni aydınlaşdırmağa çalışırıq.
Operator qız cavab verir ki, siz "Vialink” xidmət növündən bir ildir ki, istifadə edirsiniz. Bir dəfə hansı giləmeyvə haqqında soruşmusunuz. O vaxtdan şəbəkəmizlə əlaqə saxlayır və bizim abunəçimizsiniz.
Operator xanımı başa salmağa çalışıram ki, ay xanım, mən millətin dərd-qəmindən yazıram, hansı giləmeyvə? Nəhayət, operator qız təmkinlə "9567STOP” yazın, bu xidmət növündən istifadəniz kəsilsin, - deyib telefonu üzümüzə qapadı. Təkrar nə qədər zəng etsəm də, nömrə məşğuldur deyə saatlarla gözləməli oluruq.
Rabitə və İnformasiya Texnologiyaları Naziri bir vaxtlar vətəndaşların telefonlarını güdməklə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə işverənlik edirdi.
Bu gün isə məqsədli şəkildə, reklam xarakterli mesajlarla insanları bezdirən xoşagəlməz halların qarşısını görəsən kimlər alacaqdır?
Rauf İlyasoğlu

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ