SON DƏQİQƏ
» » Jurnalistlərə ev Milli Mətbuat Günü veriləcək

Jurnalistlərə ev Milli Mətbuat Günü veriləcək

Tarix:

11-05-2017, 12:54

/ 2 854 dəfə oxundu.
Jurnalistlərə ev Milli Mətbuat Günü veriləcək

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalsitlərə bu il 22 iyul - Milli Mətbuat günündə təqdim ediləcək.
Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ