SON DƏQİQƏ
» » Bakıda dilənçilər yeni metoda əl atıblar - VİDEO

Bakıda dilənçilər yeni metoda əl atıblar - VİDEO

Tarix:

5-05-2017, 00:23

/ 3 938 dəfə oxundu.
Bakıda dilənçilər yeni metoda əl atıblar - VİDEO

Yolda sizi saxlayan şəxsə kömək etməzdən əvvəl yaxşı-yaxşı düşünün.
Onlar yolda hərəkətdə olan avtomobiləri saxladıb kömək istəyir, benzin almağa pulu olmadığını bildirərək sürücüdən yardım əlini uzatmasını xahiş edir.
Sosial şəbəkələrdə paytaxtın Zığ yolunda fırıldaqcılıqla məşğul olan şəxsin videosu yayılıb. "VAZ-2107" markalı, 10 UT 489 dövlət nömrə nişanlı avtomobillə yolda dayanan şəxs oradan keçən maşınları saxlatdırıb benzin adı ilə pul istəyir.
Sürücülərdən biri benzin almağa razılaşır. Ondan avtomobilə oturub, yanacaqdoldurma məntəqəsinə getməsini istəyir. Elə hər şey bundan sonra ortaya çıxır. O, benzin alınmasına razılaşmır və təkidlə pul tələb edir.
Kömək əlini uzadan sürücü, şəxsin fırıldaqçı olduğunu anlayır və hadisəni çəkməyə davam edir. Az əvvəl avtomobili qırıldığına görə yolda qaldığını deyən fırıldaqçı, sükan arxasına oturub elə həmin avtomobillə hadisə yerindən uzaqlaşmağa başlayır.
Səliqəli geyimlə, normal insan təsiri bağışlayan belə şəxslərə qarşı sürücülərin diqqətli olması tövsiyyə olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Yolda sizi saxlayan şəxsə kömək etməzdən əvvəl düşünün: dilənçilər yeni metoda əl atıblar

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ