AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər açıqlanıb - SİYAHI
Tarix:
3-05-2017, 00:42
/ 4 165 dəfə oxundu.
AMEA-nınAMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb.
Bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdü.
AMEA-nın mayın 2-də keçirilən Ümumi yığıncağında AMEA-nın həqiqi üzvlüyünə 16, müxbir üzvlüyünə isə 25 nəfər seçilib.
Bugün, həmçininAMEA-nın vitse-prezidenti və qurumun İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləribölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib. AMEA-nın həqiqi üzvləri