SON DƏQİQƏ

Bu gün türkçülük imtahan qarşısındadır

Tarix:

2-05-2017, 09:21

/ 7 330 dəfə oxundu.
Bu gün türkçülük imtahan qarşısındadır

Bütün dünyaya ədalət, hürriyyət gətirən türkü məhv etmək üçün daim müəyyən qüvvələr fəaliyyət göstərib. Və nəticədə zaman-zaman türk dövlətləri sıradan çıxarılıb.

1918-ci ildə isə Osmanlı imperiyasını çökdürdülər. Dünya hesab etdi ki, bununla da türkün səsi boğuldu. Lakin bundan sonra meydana Atatürk gəldi və türk millətini, türk milliyyətçilərini qalibiyyətə apardı. Atatürkdən sonra baş verən proseslər yenidən Qərb dünyasının istəyi ilə getməyə başladı. Bu dövrdə millətçilər təqibə məruz qaldılar və bu hadisələrin kuliminasiyası isə 3 may 1944-cü ildə baş verdi.  Bu tarix Nihal Atsızın, Orxan Şaiq Gökayın, İsmət Rasin Tümtürkün, Fəthi Təvətoğlunun və bir çox türk milliyyətçisinin tarixidir. Biz türk olaraq, bu insanları daim anmağa borcluyuq. Ən azından ona görə borcluyuq ki, sovet dövründə türk dövlətlərində türkün adı belə unudulmuşdu. Türkiyədə bu insanlar ayağa qalxaraq, bu yolda canlarını fəda etdilər, həbslərə, təqiblərə məruz qaldılar, yürüş etdilər və nəhayət, türk milliyyətçiliyinin bayrağını dalğalandırdılar. Bunun nəticəsi olaraq, bu tarixi yazanlardan biri olan Nihal Atsız sürgün olundu. Məhz bu baxımdan, biz 3 may 1944-cü il tarixində baş verən hadisəyə, həmin insanların qəhrəmanlığına heyran olmaqla bərabər, onların ruhu qarşısında baş əyib, deyirik ki, rahat yatın, sizin yolunuzu davam etdirən insanlar var.

P.S.   Bu gün bir çox türk dünyasında  3 may türkçülük günü kimi qeyd olunur. Azərbaycanda isə baxmayaraq ki, 1992-ci il may ayının 3-də əfsanəvi lider Alparslan Türkeş Bakıya gələrək Əbülfəz Elçibəylə bərabər, Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış etmişdir. Amma hələ də nədənsə bəzi media qurumları türkçülük gününün təbliğatında zəif iştirak edirlər. Lakin Əlibəy Hüseynzadə, Xəlil Rza və digər böyük türklər yetişdirən Səlyan şəhərində hər il may ayının 3-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) türkçülük gününü təntənəli şəkildə qeyd edir. Bu il də adət-ənənəsinə sadiq qalan ATXƏM sədri İlham İsmayılovun təşkilatçılığı ilə türkçülük günü böyük bir bayram kimi qeyd olunacaq.  

GUNAZ.az

скачать dle 12.1

Şərhlər