Dünyaya satılmaq üçün gələn millət – Ermənilər!
Əjdər Tağıoğlu
1989-cu ildə Azərbaycan Tarix Muzeyinin keçmiş
direktoru akademik Püstəxanım Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində
Hindistanda səfərdə olmuşdu. O Vətənə döndükdən sonra Azərbaycan
Televiziyasında sensasiyalı çıxışı ilə dinləyiciləri həyəcana gətirdi.
Akademikin özü də həyəcanla danışırdı. P.Əzizbəyova Dehlidə Dövlət Muzeyində
"26 Bakı komissarları”nın başçısı erməni Stepan Şaumyanın son illərin nəşri
olan irihəcmli kitabının saxlandığına şahidlik edirdi.
Püstəxanım Əzizbəyovanın şahidliyi məni bu yöndə
axtarışlara vadar etdi. Bakının mərkəzi hissəsində yerləşən "26-lar”in dəfn
edildiyi bağda son aylarda yenidənqurma işləri aparılarkən ümumi məzarlıqda
mütəxəssislərin apardıqları araşdırmalar vaxtilə məqsədli şəkildə üstü örtülmüş
tarixçə ilə bağlı yeni fikirlərin meydana çıxmasına səbəb oldu.Məhz buna görə
də Püstəxanım Əzizbəyovanın şahidliyinə əsaslanaraq,daşnaq-bolşevik lideri
erməni Stepan Şaumyanın "müəmmalı şəkildə” aradan çıxarılması barədə çoxillik
axtarışların yekununu "Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
"26-lar”ın güllələnməsi barədə o illərdə Cənubi
Qafqazda çıxan "İskra”,"Znamya Truda","Narodnı Znamen" və
başqa qəzetlərdə yazılar verilmişdi. Lakin yazıların heç birində Mərkəzikaspi
Diktaturasının Aşqabad türməsində saxladığı 26 komissarın və onlarla birlikdə
həbs etdiyi başqa bolşevik liderlərinin taleyi barədə doğru-düzgün məlumat
verilmirdi. Məqalələr Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən xəbərlər
əsasında tərtib edilirdi.Dövri mətbuatda bir-birini tutmayan, rəngarəng məlumatlar
həqiqəti olduğu kimi verə bilmədi. Çünki o yazıların bir qismində komissarların
"izsiz yox olmalarından”, bəzisində onların "güllələnmələrindən”, digərlərində
bolşevik liderlərinin "Hindistan”a aparılmaları ətrafında söz-söhbətdən başqa
heç bir rəsmi sənədə söykənilmirdi.
Lakin məsul şəxs olaraq eser Vadim Çaykin apardığı
geniş araşdırmalardan, qanlı hadisəni törədən bəzi şəxslərdən aldığı
ifadələrdən sonra "İskra” və "Znamya truda” qəzetlərində 12 mart tarixli
sayında çap etdirdiyi "26 Bakı Komissarlarının edamı” adlı məqaləsində Bakı
fəhləsinin liderlərinin ingilislər tərəfindən Ağcaqum çöllərində
güllələndikləri nəticəsinə gəlirdi.V.Çaykin bu tarixi cinayətin səbəbkarları
olaraq yerli satqınlarla yanaşı, Böyük Britaniya hökumətinin Şərqdə işğalçı
siyasətini həyata keçirən hərbi missiyanın başçılarından Aşqabadda oturan
kapitan Tiq Consu və onun Məşhəddəki hamisi general Mallesonu təqsirli bilirdi.
Bununla əlaqədar "Azərbaycan” qəzetində çap edilmiş
Böyük Britaniya Baş Qərargahının bəyanatında deyilirdi ki, Tiq Consu "26-lar”ı
güllələməkdə ittiham edən V.Çaykinin "bəyanatı başdan-başa yalandır və burada
başlıca məqsəd ingilisləri ictimaiyyətin hədəfinə çevirməkdir”. "Kapitan Cons
komissarları Hindistana göndərməyi təklif etdi və bunun cavabında Aşqabad
(icraiyyə) komitəsinin üzvlərindən biri cavab verdi ki, o öz sərəncamını verə
bilər... Bundan iki gün sonra Tiq Consa məlum oldu ki, komissarlarla bağlı
tədbirlər görülüb, özü də bu zaman onların qətlinə işarə edilirdi. Bu barədə kapitan Tiq Cons dərhal general Mallesonu xəbərdar etdi. Bir
müddət keçdikdən sonra Aşqabad komitəsinin həmin üzvü kapitan Tiq Consun yanına
həyəcanlı vəziyyətdə gələrək bildirdi ki, Şaumyanın qohumları onun harada
olduğu barədə soruşurlar və Tiq Consdan komissarların Hindistana göndərilməsi
xəbərinin dəqiq olmasını təsdiq etməsini xahiş etmişlər. Tiq Cons bundan
narazılıqla imtina etdi. Kapitan Tiq Consun komissarların qətlinə bütün
aidiyyatı bununla da bitir”.
Bu bəyanat
təbii suallar doğurur: "Şaumyanın qohumlarının xahişi” barədə səsləndirilən
fikir daşnaq-bolşevik lideri S.Şaumyanın ömrünün sonunadək Hindistanda yaşadığı
barədə zaman-zaman ictimaiyyət arasında dolaşan fikirlərə, o cümlədən,
"güllələnmiş” komissarın son illərdə yazdığı kitabın Hindistan muzeyində
saxlandığına şahidlik edən Püstəxanım Əzizbəyovaya haqq qazandırmırmı?
Komissarların 26 nəfəri o vaxt güllələnmişdimi?
Əlimizdə
olan teleqram mətnlərində, rəsmi sənəd olaraq, bu suallara aydın cavab verilir.
Teleqram
P.№M.D 00538, vaxtı 18/ alınıb 19 sentyabr 1918-ci il/.General Mallesondan,
Məşhəd — Baş Qərargahın rəisinə. Simla.
1.
Sentyabrın 17-də Battin Krasnovodskdan teleqraf vasitəsilə bildirib ki, Bakıdan
bura gələnlər arasında onlar bolşevik rəhbərləri Petrov, Şaumyan, Avakyan,
Caparidze, Karqanovu həbs etmişlər. Bu zaman sursatla bərabər iki pulemyot və
silah müsadirə edilib. 2. Aşqabad hökumətinə yuxarıda adı çəkilən liderlərin
Hindistana göndərilməsi ilə əlaqədar onların mənə verilməsi ilə bağlı sorğu
göndəririk, çünki indiki vaxtda onların Zakaspidə olmaları olduqca
təhlükəlidir".
Söhbət 18—19
sentyabr 1918-ci ilə aid olan bu teleqramda göstərilən liderlərin Hindistana —
ingilis müstəmləkəçilərinin Şərqdəki baş qərargahına aparılmalarından
gedir.Məsələ belə olduğu halda adı gedən komissarların ingilis qərargahının
göstərişi ilə aradan bir neçə saat keçəndən sonra, yəni 20-nə keçən gecə xüsusi
qatarda Aşqabaddan 207 kilometr aralıda tarixi ad almış yerə — "Ağcaqum
çölləri”nə gətirilərək orada başqa komissarlarla bir yerdə "güllələnmələri” heç
cür ağıla sığası deyildir. Çünki teleqramda bu liderlərin təcili güllələnmələri
deyil, onların Zakaspi Diktaturasında saxlanılmalarının fövqəladə təhlükəli
olduğu qeyd edilirdi.
Törədilən
qanlı cinayətdən 3 gün sonra Hindistana Məşhəddən vurulan teleqram
"güllələnmənin” üstündən 90 il (1918-2009) keçəndən sonra tarixi həqiqətə
aydınlıq gətirir. Təəssüf ki, teleqramın nəşr mətnində son fikirlər
buraxılmışdı.
"Teleqram
P.N M.D. 00581 23 sentyabr 1918-ci il. General Malleson. Məşhəd — Baş
Qərargahının rəisinə. Simla. Məxfi. Sizin 1 75457 M.O.İ. 21 sentyabr tarixli
sorğunuzda məruzə edilir ki, 26 keçmiş Bakı bolşevik rəhbəri güllələnib, beş və
ya altı nəfər az nüfuzlu şəxslərə rəhm edilib”.
Əvvəla, bu
"bağışlanmış” adamlar kimlərdirlər və onların hansı səbəbdən, nəyin bahasına
qəddar ingilis müstəmləkəçilərinin qanlı caynağından xilas olmaları sənəddən
bəlli olmur. Bəlli olan budur ki, ingilis imperializminə qəti düşmən olmuş
bolşevik liderlərinə "çox əhəmiyyətli”,"az əhəmiyyətli" bölgüsü ilə
yanaşılacağına ağılı başında olan kimsə inanmaz. İkincisi, teleqramda "beş-altı
az əhəmiyyətli adamın bağışlanması” qeyd olunur ki, bu da birinci sənəddə
adları çəkilən liderlərin sayına tam uyğun gəlir.
"Teleqram P.
№ M.D. 00595 24 sentyabr 1918-ci il . General Malleson, Məşhəd — Baş Qərargahın
rəisinə. Simla.
Xətti azad
edin: Sizin 24 sentyabr № 76488 — M.O.Z. sorğunuzda...
Məlumatlara
görə sadaladığımız şəxslər artıq edam ediliblər (bax. Mənim 13 sentyabr M.D.
00581 teleqramım). Üç bolşevik burada həbsdədirlər, lakin onların elə bir
əhəmiyyəti yoxdur. Şübhəsiz ki, mən digərlərini Aşqabad hökumətindən ala
bilərəm, lakin mənə zəmanət verdilər ki, doğrudan da, əsil nüfuza malik
olanların hamısı öldürülüb".
Göründüyü
kimi, üçüncü sənəd aydınlaşan məsələnin üstünə yenidən qara örtük salır, fikrin
kələfini dolaşdırır və bizi sual qarşısında qoyur. Düşünürük, əvvəla, görəsən
bağışlanmış "beş,ya altı nəfər az əhəmiyyətli” bolşevik bircə gün sonra, bəlkə
də, bir neçə saat keçməmiş hansı səbəbdən təkrarən "bağışlanma mərasimində”
saf-çürük edilir; ikincisi, kimlər yenidən "bağışlanırlar” və "nə üçün
bağışlanırlar”- bəlli olmur.
Lakin həmin
illərdə kələfi məharətlə düyünə salanların ustadı olmuş Anastas Mikoyan
istəməsə də özü bunu açır.Bu baxımdan onun "Bakinski raboçi” qəzetində
yerləşdirilmiş məqaləsi (26-ların matəm gününə həsr edilmiş "Qanlı ildönümü
münasibətilə” adlı məqalə) maraqlıdır. Guya o, ingilislərin və Mərkəzikaspi
Diktaturasının Aşqabadda yaratdıqları həbsxananın ölüm kameralarına
yerləşdirilmiş "26 Baki komissarları”ndan olan 16 nəfərlə bir yerdə
olmuşdu.Lakin o illərdə "26-lar”la əlaqədar aparılan istintaq materiallarında
A.Mikoyanın Aşqabad həbsxanasında olması barədə heç bir qeyd yoxdur.
Hadisə
ətrafında toplanmış rəsmi sənədlər təsdiq edir ki, A.Mikoyanın özü bolşevizmin
amansız düşmənləri olan ingilislərin və Mərkəzikaspi Diktaturasının Bayıl
həbsxanasına atdıqları "26-ları” həmin qurumların verdikləri rəsmi sənəd
əsasında həbsxanadan cıxararaq, silah altında Həştərxana gedəcək "Sevan”
gəmisinə deyil, düşmənlərin hazırladıqları "ölüm konveyerinə”— Krasnovodska yol
alacaq "Türkmənistan” gəmisinə mindirmişdi.
Bəs bu
külli- ixtiyar ona haradandı? Məkrli, hiyləgər siyasətlə Kremlin "rəşadətli
bolşeviklər” siyahısında yer almış A.Mikoyanın siyasi simasızlığını meydana
qoyan rəsmi sənədlərlə,"26-lar"ı qətlə yetirən 41 nəfər məhkumun
məhkəmə prosesində verilən ifadələrlə, özünün müstəntiqə şəxsən verdiyi
izahatla tanış olduqda bu sualın cavabı aşkarlanır. O, Mərkəzikaspi
Diktaturasının məsul işçilərindən,mauzerist canilərinindən olmuşdu. Bütün bu
təkzibedilməz gerçəkliklə S.Şaumyanın və onun başqa iki soydaşının,habelə
özünün tarixi satqınlığını gizlətmək üçün A.Mikoyanın süni şəkildə
düzüb-qoşduğu "həbsxana tərcümeyi-halı” "faktı” antifakta çevrilir.
Məqalədən
parçalar:
"Üç gün idi
ki,biz bu zindana düşmüşdük. Şaumyan, Çaparidze, Fioletov və başqa yoldaşlar
bizim kamerada idilər–cəmi on altı adam var idi. ...Sentyabrın 20-sinə keçən
gecə idi.Kamerada olan bütün məhbusları üç qrupa böldülər.Birinci iki qrupu
sıralarımızdan qopararaq kameradan çıxardılar.”
Aparılan iki
qrupa daxil edilənlər, Mikoyanla üçüncü qrupa ayrılanlar kimlər idilər bəlli
olmur. Bəs Mikoyanın şahidlik etdiyi üç qrupa ayrılmış on altı nəfərdən başqa
yerdə qalan bolşeviklər harada saxlanılırdılar ? O,bu barədə də məlumat vermir.
Aparılanların taleyi də qaranlıq qalır.
Məqalədə
oxuyuruq:
"Əzablı
günlər və həftələr ötüb keçir,bir xəbər gəlmir.”
Buradan belə
çıxır ki, 20 sentyabr tarixindən, başqa sözlə, "Ağcaqum”da baş vermiş qanlı
hadisə günündən "həftələr ötüb keçsə” də, Mikoyanın məqsədli olaraq adlarını
çəkmədiyi onunla üçüncü qrupa ayrılmış bolşeviklər hələ də həbsdə imişlər.
Şahidin "ifadəsindən” təbii sual doğur: hansı məqsədlə Zakaspi Diktaturası və
ingilis müstəmləkəçiləri qatı düşmənləri olaraq həbs etdikləri bolşeviklərin
hamısını bir yerdə məhv etməmiş, onları "üçüncü növə” ayırmış və sonuncuları
tarixə yazdıqları qanlı gündən "həftələr ötüb keçsə də” mühafizə altında
saxlamışlar?! Şərti qəbul edək ki, həmin "məhbus”lardan biri Mikoyan olmuşdu.
Bəs o biri məhbuslar kimlər idilər? Onlar da güllələnmişlərmi? Əgər
güllələnmişlərsə, bəs o zaman "Kremlin rəşadətli bolşeviki” Mikoyanı hansı
"möcüzə” xilas etmişdi. Məqalədə bu məsələ də aydınlaşmamış qalır.
Mikoyan 26
Bakı komissarlarının, guya, onunla eyni kamerada yerləşdirilmiş on altı
nəfərini birinci və ikinci qrupa ayırır, lakin onların ümumi sayı barədə
məlumat vermir. O, yazır:
...Onların
harada olduqlarını,hara aparıldıqlarını bilə bilmirik. Bəziləri deyirlər ki,
onlar Aşqabaddadırlar, başqaları deyirlər ki, İrandadırlar...”
A.Mikoyanın
şahidliyi S.Şaumyanın sirli "ölümünün” Kreml tərəfindən 90 il xalqdan
gizlədildiyini aşkara qoymuş olur. Lakin
o,"Alyoşa","Vaneçka" uydurması ilə, başqa millətdən olan
komissarların adlarını çəkməklə həm özünün, həm də S.Şaumyanla yanaşı iki
soydaşının tarixi xəyanətlərinin üstünü ört-basdır etməyə çalışır.
Yalançı "şahid” uydurmalarına davam edərək yazır: "Yaxın dostlarımızın harada olduğunu bilmirik...şübhə qəlbimizə girir, onu
parçalayır. Stepanın, Alyoşanın, Vaneçkanın daha sağ olmadıqlarını düşünmək
ağırdır... Birdən birisi bayırdan qəflətən bizə, həbsxanaya qorxunc bir
həqiqəti gətirib xəbər verir, eser cəlladların misli görünməmiş cinayətinin
dəhşətli mənzərəsini mənə təsvir edir. Bu adam Krasnovodskda dəmir yolu
fəhləsiydi, gərək ki, bələdçi idi. Nə biz onu tanıyırıq, nə də o bizi... Həmin
gecə o, vağzalda imiş. O, burada qiyafələrini dəyişmiş,başlarına ağ çalma
geymiş silahlı, şübhəli adamlar görür. Vaqonlarda kürəklər var imiş. O, pis və
dəhşətli bir iş hazırlandığını duyaraq, bu qanlı divanın şahidi olmaq qərarına
gəlir."
A.Mikoyanın
təsvir etdiyi ətraf şəraiti, kənar adam üçün olduqca təhlükəli vəziyyəti
gözünüz qarşısında canlandırın. Mikoyanın "şahidinin” keçirdiyi qorxulu
psixoloji vəziyyəti yaşayın və belə bir suala cavab verin: "başlarına ağ çalma
geymiş silahlı adamlar” və "vaqonlarda kürəklər” görməklə siz "pis və dəhşətli
bir iş hazırlandığını duya” bilərdinizmi? Haradan bilərdiniz ki, "ağ çalma
geymiş” bu adamlar məhz "qanlı divan” tutmağa hazırlaşırlar? Bunu bilmək üçün
"vaqonda kürəkləri” görmək lazım idimi? Bəlkə, həmin adamlar qumlu səhrada
kürəklə arx çəkməyə, su gətirməyə və ya kürəklə görülə biləcək başqa bir işin
dalıyca gedirmişlər? Bəs siz bilərdinizmi ki, o "başlarına ağ çalma geymiş
silahlı adamlar” hökmən "qiyafələrini dəyişmişlər?” Əgər siz Mikoyanın
uydurduğu "şahid ifadəsinə” inanmış olsanız, o zaman gərək həmin adamların əvvəlki
keyim forması barədə də məlumatınız ola.
Mikoyanın
heç bir siyasi məqsəd güdməyən şahidinin ("yalançının şahidi yanında olar” —
deyiblər) marağı nə qədər dəlilik dərəcəsinə çatır ki, o, şirin canını fəlakətə
atır. Yuxarıdakı cümlənin davamında oxuyuruq: "Kimsənin gözünə görünmədən
vaqonların arasına girib buferlərin üstündə əyləşir.O,öz gözləri ilə görür
ki,qatarı uzaq bir səhrada dayandırdılar, kommunizm uğrunda çarpışan
"mübarizləri” dəstə-dəstə vaqonlardan çıxartdılar,dəmir yol xətti yaxınlığında
onlara vəhşicəsinə divan tutdular.”
Bu "gözə
görünməmək” hara,"vaqonlarda kürəkləri görmək" hara?! 1.Əgər "gözə
görünməmək” lazım idisə, deməli vaqonlar ciddi silahlı nəzarətdə idi, o ətrafa
yaxınlaşmaq da olduqca təhlükəli idi. 2. Əgər,hətta "vaqonlarda kürəkləri
görmək” təsadüfi adam üçün adi məsələ imişsə, deməli, vaqonlar nəzarətsiz
imişlər və "gözə görünməmək” də kimsəyə lazım deyilmiş. Əcəb erməni nağılıdır!
Mikoyanın
nağılından belə çıxır ki, güllələnməyə gətirilmiş bolşeviklər bir vaqona deyil,
bir neçə vaqona yerləşməsi mümkün olan sayda olmuş, onları da guya
"dəstə-dəstə” vaqonlardan çıxartmışlar. Bəs elə isə nə üçün daşnaq-bolşevik
lideri S.Şaumyan başda olmaqla "dostluq və qardaşlıq” qurbanlarının kitablarda
sayca 26 nəfərdən ibarət olduğu yazılırdı? Bu məsələnin bir tərəfi. Digər
tərəfinə gəldikdə Zakaspi Diktaturasının "üçüncü qrup”a Mikoyanla birlikdə
"seçdiyi” məhbuslar kimlərdir və onların son aqibətləri necə olmuşdu?
SSRİ
xalqlarından Kremlin gizlin saxladığı tarixi həqiqət insanlara 90 ildən sonra
məlum oldu. "26 Bakı Komissarları”nın ümumi məzarı başqa əraziyə köçürülərkən
tarixi sirr meydana çıxdı: "26-lar”dan 3 komissar məzarsızdı! Bu faktı yuxarıda
mətnini verdiyimiz rəsmi sənəd də təsdiq edir: "24 sentyabr. Məlumatlara görə, adı çəkilən şəxslər artıq edam ediliblər.
Bolşeviklərdən üçü burada həbsdədirlər”. A.Mikoyan Mərkəzikaspi hökuməti
tərəfindən həbs edilmiş "26-lar”ı Bakıdan çıxarmaq üçün kim tərəfindən
səlahiyyətli şəxs edilmişdi? "26-lar” barədə geniş istintaq araşdırmaları
aparmaq səlahiyyəti olmuş eser Vadim Çaykinin "26 Bakı Komissarlarının e’damı”
kitabında verilmiş məlumatlar "Böyük Armeniya” naminə erməni liderlərinin bütün
tarixi çağlarda siyasi fahişə olduqlarını meydana qoyan çox qiymətli tarixi
faktlardır. Diqqət yetirək.
Lev Dalinin
verdiyi yazılı ifadə "26-lar”ın faciəli taleyinə səbəb olmuş Anastas Mikoyanın
Qafqazda inqilab alvovunu söndürmək uğrunda vuruşan ingilis müstəmləkəçiləri və
Mərkəzikaspi Diktaturası ilə iş birliyində olduğunu ifşa edən rəsmi sənəddir.
Dalinin öz əli ilə yazdığı ifadə bundan ibarətdir:
"1. Yoldaş
V.A.Çaykinə: Sizin tərəfinizdən 26 bolşevik komissarının (Bakıdan) qətli ilə
bağlı iş üzrə məhkəmə-istintaq komissiyasının təşkili barədə məsələ
qaldırıldığına görə, Bakı şəhəri fövqəladə istintaq komissiyasının sədrinə, Lev
Dalin, bu məsələnin tam mənzərəsi yaranması üçün aşağıdakı məlumatları
nəzərinizə çatdırmağı öz borcum hesab edirəm: Bakı Sentrokaspi diktaturasının
sərəncamına əsasən keçən ilin 16-18 avqustunda komissarlar və bir sıra bolşevik
rəhbərləri ələ keçirilmiş gəmilərdən çıxarılaraq 1 nömrəli mərkəzi, 2 nömrəli
Bayıl həbsxanalarına gətirilmişdilər. Avqustun 25-də bolşeviklərin hamısı Bayıl
həbsxanasında idilər.
2. Bolşeviklərin işi üzrə
istintaqı fövqəladə komissiyanın müstəntiqi, hələ bolşeviklər tərəfindən dəvət
edilmiş vətəndaş Çukov aparırdı.
3.
Sentyabrın 14-də saat 10-11 radələrində bolşevik Mikoyan Sentrokaspi
Diktaturası və İcraiyyə Komitəsindən mənim ünvanıma A.Velunun və katib
A.Ter-Karapetyanın imzası ilə bütün həbsdə olan bolşeviklərin "Sevan” gəmisinə
yerləşdirilməsi barədə sərəncam gətirdi. Gəminin komandiri haraya getmək barədə
sərəncamı sonra biləcəkdi. Burada həmçinin dayandığı yer göstərilmişdi.
5. Yoldaş
Mikoyanın imzasına əsasən həbsxananın siyasi korpusunda bütün saxlanılanların
buraxılması barədə icazəni imzalayaraq mən ona Bakı komissarlarının gəmiyə
mindirilməsi zamanı müşayiət və qorunma üçün 12 nəfərdən ibarət 1-ci bölməni
özü ilə götürməyi təklif etdim.
Petrovskdə,
komissarları müşayiət edən bölmə rəisinin mənə etdiyi məruzədən
müəyyənləşdirdim ki,
a) onlar
göstərilən yerə gəldikləri vaxt "Sevan” paraxodu orada olmamışdır;
b) bunun
yaxınlığında olan yerdə onlar "Türkmən” və ya "Torkan” (dəqiq yadımda deyil)
gəmisinə minərək dənizə çıxdılar;
v) onlarla
eyni vaxtda partizan T.Əmirov öz dəstəsinin bir hissəsi ilə həbsxanaya
yaxınlaşdı (gəmidə olan Əmirovlardan biri);
q) yol boyu
mübarizə başladı: bir tərəfdən Həştərxana tərəf yönəlmək təklifi edən Əmirovun
təhdidləri və rüşvət təklifləri, digər tərəfdən isə gəmi komandirinin yanacaq
qıtlığı səbəbindən Həştərxana getməmək bəyanatları — özü də komandir iki
istiqamət göstərdi — Petrovsk və ya Krasnovodsk; nəhayət Krasnovodska getmək
qərara alındı, belə ki, Biçeraxov Petrovskda idi;
d)
Krasnovodska çatan kimi onların hamısı İcraiyyə Komitəsi tərəfindən saxlanıldı.
Vicdan və
namus borcu qarşısında bütün dediklərimi təsdiq edirəm. L.Dalin
Tiflis
şəhəri, 4 iyun, 1919-cu il.
Vadim Çaykin
A.Mikoyanın tarixi satqınlığını Mərkəzikaspi dövlətinin əsas simalarından olan
Abram Veluntsla əlaqədar araşdırmalarına və L.Dalinin yuxarıda verdiyimiz rəsmi
ifadəsinə yekun olaraq aşağıdakı nəticə ilə təsdiq edir. Bu nəticəyə yuxarıda
adı çəkilən Abram Veluntsun şəxsi ifadəsi əsasında gəlinib. Onun dediyi Mikoyan
tərəfindən azad edilən və onunla birgə Bakıdan gedən komissarla bağlı faktla
ümumilikdə tam üst-üstə düşür.
Yuxarıda
nümunə gətirdiyimiz rəsmi sənədlər və A.Mikoyanın "canlı şahidliyi” əsas verir
söyləyək ki, Mərkəzikaspi Diktaturası Bayıl həbsxanasına atdığı komissarların
və başqa bolşevik liderlərinin Bakıdan çıxarılması üçün ona elə-belə,səbəbsiz
icazə verməmişdir. Hadisələrin sonu göstərir ki,ingilis müstəmləkəçilərinin
əlaltısı olmuş yerli satqın diktaturanın məhbusları çaşbaş salmaq üçün əvvəlcə
səsləndirdikləri "Sevan” gəmisində deyil,"Türkmən" gəmisində yola
salması da təsadüfi hadisə deyildir. Bu, dünya erməni diasporunun ideoloji
savaş maşınının hazırladığı, lakin gözləmədikləri halda ingilis bayrağı altında
Qafqazda fırtınaya düşmüş "Böyük Hayastan” "gəmisinin” batmaq (Nuru paşanın
komandanlığı altında türk ordusunun Bakıya olan müzəffər yürüşü ilə) ərəfəsində
olduğunu erməni həssaslığı ilə hiss edən S.Şaumyanla A.Mikoyanın Lenin
Rusiyasının, eyni zamanda, Bakı fəhləsinin gözündə pərdə asmaq üçün əcnəbi və
yerli satqın ağaları ilə birgə tərtib etdikləri plana uyğun idi.
Tarixdən
bəllidir ki, erməni "Qnçak” partiyasının nüfuzu Avropada iflasa uğradıqdan
sonra onun bir çox lideri Rusiya Sosial Demokrat Fəhlə Partiyasına soxulmuşdu.
Dövrün iki
gücünə — bir tərəfdən ingilis, digər tərəfdən rus imperializminə söykənən dünya
ernəni diasporunun siyasəti uğrunda mübarizə aparan "Bakı komissarları”nın
26-sından 3 nəfərinin — S.Şaumyan başda olmaqla əlavə iki erməni komissarının
Bakıda "şanlı bolşeviklər” məzarlığında olmamaları, A.Mikoyanın Kremldə yüksək
məqama çatması, Şaumyanın və inqilaba xəyanət etmiş başqa satqınların
ailələrini stalinçi Kremlin himayə etməsi əsla təəccüb doğurmamalıdır.
Əlbəttə,"A.Mikoyanın
iltizamı" ilə həbsxana rəisinin 26-ları türmədən azad etməsi və onun
sərəncamına verməsi, inqilabçı liderlərin "Sevan” adlı gəmi ilə deyil,
gözlənilmədən "Türkmən”lə, həm də Tatevos Amiryanın başçılıq etdiyi daşnak
bandasının nəzarətı ilə düşmən ocağına — Krasnovodska istiqamətləndirilməsi üç
"məzarsız komissarın” kimliyinə aydınlıq gətirmiş olur. Şahidlə "qonaqların”
Mərkəzikaspi dövlətinin Aşqabaddakı nümayəndələri tərəfindən qarşılanmaları
məsləhətləşdirilmiş plana uyğun idi.
Məhkəmənin
birinci iclası 19-26 aprel 1921-ci ildə Krasnovodskda olmuşdu.A.Mikoyanın Bakı
komissarlarının xaincəsinə güllələnməsində xüsusi rolunu gözəl bilən Stalin öz
seminarist yoldaşını xulas etmək üçün məhkəmənin əsas hissəsini Lenin aradan
götürülənədək yubatmağa nail olur. Beləliklə, məhkəmə prosesi Bakıda 1926-cı
ilin 17-27 aprelində və 1-6 martında davam etdirilir.
"26-lar”ın
güllələnməsində ittiham olunan 41 nəfərdən bəzilərinin məhkəmə prosesi zamanı
verdikləri ifadədən bir neçə məqamı xatırlasaq, bolşevik S.Şaumyanla
A.Mikoyanın ingilislərlə və "Mərkəzikaspi Diktaturası” ilə əlaqələri və "Bakı
komissarları”nın tərkibində erməni millətindən olmayan şəxslərin faciəli
sonluğunda xüsusi rol oynadıqları bir daha təsdiq ediləcəkdir.
1.Şahid B.Şeboldayevin ifadəsindən: "Şaumyan yoldaş başda olmaqla Bakı Xalq Komissarları Soveti Biçeraxovun
dəstəsinin ingilislərin ön dəstəsi olduğunu çox gözəl bilirdi.Lakin cəbhədəki
uğursuzluqların təsiri altında (şahid Bakının müdafəsində dayanmış Mərkəzikaspi
dövlətinin ermənilərdən ibarət olan silahlı bandasını Nuru paşanın komandanlığı
altında türk ordusunun darmadağın etməsini xatırladır) və ictimai rəyi nəzə
almaq zərurəti üzündən bu addımı atmağa məcbur oldu".
2. Şahid Suren Ağamirovun ifadəsindən: "O zaman 20 batalyon əsgərimiz” vardı, onlar 3 briqadada birləşmişdilər,
əksəriyyəti cəbhəçi erməni əsgərləri idi. Onların cüzi hissəsi partiya
əlamətinə görə öz dəstələrini yaradan bakılı erməni fəhlələri (qnçakistlər,
daşnaklar) idi, sonra bu drujinalar nizami qoşun hissələri ilə birləşdi.
Birinci briqadanın komandanı Hamazasp idi, ikinci briqadaya Arutyunov və üçüncü
briqadaya, səhv etmirəmsə, keçmiş zabit Beknazarov komandanlıq edirdi..."
3. Şahid Pleşakovun ifadəsindən: "Yadımdadır, qoşunlar Şamaxının həndəvərində Ağsu kəndinə yaxınlaşanda 2-ci
briqadanın məmurları məni müstəqim rabitə aparatının yanına çağırdılar. Onlar
komandir Hamazaspı və komissarı bərk axtarırdılar. Əlimizin altında olan
kuryerlərin, çaparların hamısını göndərdik və komandir Hamazaspı tapa bilmədik.
Yalnız gecə saat 5-də A.Mikoyan ilə Hamazaspı qatarın dal vaqonunda 3 şəfqət
bacısının yanında tapdıq”.
4. Şahid Artakın ifadəsindən: "Sovet
hakimiyyətini devirən ingilislər və Sentrokaspi diktaturası Bakıda eserlərin
”Znamya truda" və menşeviklərin "İskra” qəzetində xəbər vermişdilər ki,
guya, Bakıya Şaumyan üçün məktub gətirən alman casusları həbs edilmişdir.
5. Şahid Anastas Mikoyanın müstəntiqə verdiyi ifadəsindən: "Axırıncı gün, sentyabrın 14-də (14—16 sentyabrda Nuru paşanın və Mürsəl
paşanın türk hərbi birləşməsi Bakıya daxil olur — V.Çaykin) ”Sentrokaspi"
artıq gəmiyə yüklənmişdi və onun binasında məsul şəxslərdən kimsə qalmamışdı,
mən tək idim, rota komandirim Veluntsu gözləyirdim. O, cəbhədən qayıtmalı idi.
Onu danladım, dedim ki, ya mənimlə getməlidir, ya da vəhşiliklər törətdiyini
sübut edən materialları türklərə çatdıracam. Bu sözlərin təsirindən Velunts
mənimlə İstintaq Komissariatlığına getdi. Orada Dalindən və əsgərlərdən başqa
kimsə yox idi. Nəticədə onlar mənə icazə verdilər ki, məhbusları (söhbət Bayıl
türməsində saxlanan Bakı komissarlarından və başqa bolşevik liderlərindən
gedir. Sənəddən məlum olur ki, Mərkəzikaspi diktaturası inqilabçı Bakı
fəhləsinin 65 nəfər liderini həbs etmişdir.) azadlığa buraxmadan keşikçilərin
müşayiəti ilə Bakıdan çıxarıb aparım".
Yuxarıda
dediklərimizi təsdiq edən A.Mikoyanın ifadəsindən də açıq görsənir ki, "26 Bakı
komissarları”nın və onların başqa bolşevik yoldaşlarının "Sevan” gəmisilə
Həştərxana deyil, "Türkmən” gəmisilə Aşqabada aparılmaları təsadüfi deyildi.
Bakını ingilislərdən və erməni qəddarlardan xilas etməyə gəlmiş türk ordusunun
qorxusundan tələm-tələsik Bakı ofisini Aşqabaddakı mərkəzinə köçürən
Mərkəzikaspi diktaturası, belə demək mümkünsə, ona məxsus olan məhbusları da
Bayıl türməsindən oraya köçürməli olmuşdu.
Sənədlərdən
gətirdiyimiz bir neçə nümunə canlı şahidə çevrilərək sübut edir ki, günümüzədək
SSRİ xalqlarına "Kremlin rəşadətli bolşeviki” kimi tanıdılan Anastas Mikoyan
bolşevizmin qəti düşmənləri olmuş "Qnçak” və "Daşnak” partiyaları ilə, əsas
tərkibini ermənilər təşkil edən eser və menşeviklərlə fəal əlaqə saxlayan,
"Mərkəzikaspi Diktaturasının” erməni millətindən olan başqa öncül adamları ilə
eyni sırada "məsul
işçisi” və mauzeristi olmuşdu.
İdealı
"Böyük Hayastan” uğrunda mübarizə olan S.Şaumyanın yuxarıda adı gedən siyasi
təşkilatlarda birləşən ermənilərlə, xüsusən Lenin hökumətinin amansız düşməni
olmuş ingilislərlə birlikdə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə gəlməsi,
onun Bakı fəhləsinin başqa liderləri ilə birlikdə həbs edilməsi, onlarla
birlikdə Aşqabada aparılması, heç şübhəsiz, Zaqafqaziyada bolşevizmin etibarlı
dayaqları olan qeyri-erməni liderlərə qarşı törədiləcək faciəli hadisələrin
önünə tutulan xüsusi planla hazırlanmış məkrli pərdədir. Gətirdiyimiz
təkzibedilməz bütün faktlar Bakıda "26-lar”dan üç məzarsız komissarın hansı
xalqa mənsub olduğuna işıq salmış olur.
Əjdər TAĞIOĞLU (Ismayılov),
professor