SON DƏQİQƏ
» » Cəmilə Tağızadə: Soruşanda ki, sağsız, insana necə təsir edər?

Cəmilə Tağızadə: Soruşanda ki, sağsız, insana necə təsir edər?

Tarix:

26-04-2017, 14:41

/ 4 119 dəfə oxundu.
Cəmilə Tağızadə:  Soruşanda ki, sağsız, insana necə təsir edər?

Nə qədər insan yazıb, nə qədər insan zəng edib axtarıb....
Kult.az xəbər verir ki, bu sözləri aktirsa Cəmilə Tağızadə "Cehizsiz gəlinlər” serialındakı ölüm səhnəsinin rezonans doğurması haqda "Şou məkan” verilişində danışarkən deyib. O, bu qədər səs-küyü gözləmədiyini bildirib:
"Ölüm səhnələrim çox səs-küyə səbəb oldu. Hətta insanlar o qədər təsirlənmişdilər ki, mənə zəng edirdilər, yazırdılar ki, Cəmilə xanım, sağsız? Elə bilirdilər ki, həqiqətən də mən yoxam. Nə qədər insan yazıb, nə qədər insan zəng edib axtarıb... Mən inana bilməzdim ki, xalqımız bu qədər serialın dərinliyinə gedə bilər, həmin obraza aşiq olar. Öz ölüm səhnələrimə baxanda çox ağladım. Soruşanda ki, sağsız, insana necə təsir edər? Tüklərim biz-biz oldu. Ancaq mən burdayam. Sağ-salamatam. Yəni ruh deyiləm. Hər şey yaxşıdır”.
Qeyd edək ki, Cəmilə Tağızadə "Cehizsiz gəlinlər” seriyalında Hicran rolunu ifa edirdi.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər