SON DƏQİQƏ

Allahşükür Paşazadə Gürcüstana gedir

Tarix:

20-04-2017, 12:58

/ 2 998 dəfə oxundu.
Allahşükür Paşazadə Gürcüstana gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə yola düşür.
Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.
Şeyxülislam A.Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər