SON DƏQİQƏ
» » Fəxri adlar geri alına bilərmi? – Hüquqi yardım

Fəxri adlar geri alına bilərmi? – Hüquqi yardım

Tarix:

19-04-2017, 14:59

/ 4 229 dəfə oxundu.
Fəxri adlar geri alına bilərmi? – Hüquqi yardım

Azərbaycanda sənətçilərə, şairlərə, yazıçılara sənət fəaliyyətləri ilə əlaqədar olaraq fəxri adlar verilir. Ümumiyyətlə fəxri adlar müxtəlif sənət, peşə sahələrini əhatə edir.

Fəxri ad alan şəxslər cəmiyyət üçün nümunəvi şəxslər olmalıdır. Bəzən fəxri ad daşıyan şəxslərin hərəkətləri, davranışları, danışıqları etik normalara sığmır. Hətta bir neçə xalq artisti birbaşa efir vasitəsi ilə təhqiredici ifadələr işlətməkdən belə çəkinməyiblər. Qeyd olunan qalmaqallı açıqlamalar uzun müddət mətbuatın müzakirə mövzusu oldu. 
Azərbaycanda müxtəlif peşə sahiblərinə fəxri adların verilməsi hansı qanunla tənzimlənir? Fəxri ad hansı hallarda geri alına bilər?
 Məsələnin hüquqi tərəfi araşdırıb. Hüquqşünas Səbuhi Axundov qeyd edib ki, fəxri adları sənətçilərə Prezident verir. Bunun üçünsə həmin şəxslərə müəyyən məbləğ aylıq müavinət verilir. 
" Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, təqdim edilə bilər.
Fəxri adlara layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.
Prezident fəxri adı öz təşəbbüsü ilə, habelə Milli Məclisin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir.
Fəxri adın verilməsi haqqında yuxarı orqan və ya təşkilat qarşısında vəsatət, bir qayda olaraq, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır.
Fəxri adının vəsiqəsini və onun döş nişanını Azərbaycan Respublikasının prezidenti, yaxud onun vəkil etdiyi digər şəxslər təntənəli və geniş aşkarlıq şəraitində təqdim edirlər.
Fəxri adının vəsiqəsinin və döş nişanının təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri adın vəsiqəsini və döş nişanını təqdim etmiş şəxs imzalayır və protokola təqdimetməni keçirən orqanın möhürü vurulur.
Fəxri adlara layiq görülmüş vətəndaşlar fəxri adların döş nişanlarını sağ döşə taxırlar.”

Medalı itirən şəxs onu yenidən ala bilərmi?
"Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının fəxri adını almış şəxslər onların qorunması qayğısına qalmalıdırlar. Fəxri adın vəsiqəsi və döş nişanı itirildikdə həmin şəxslər öz hüquqlarını saxlayır. Fəxri adın vəsiqəsi və döş nişanı itirildikdə, bir qayda olaraq, dublikatları verilmir. Həmin fəxri adın vəsiqəsi və döş nişanı döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri ad almış şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə istisna olaraq Prezidentin razılığı ilə onların dublikatları verilə bilər.”
Fəxri ad daşıyan şəxs öldükdən sonra onun döş nişanı və vəsiqəsi kimə verilməlidir?
Hüquqşünas Səbuhi Axundov qeyd edib ki, ölən şəxslərin fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir. Həmçinin şəxs öldükdə vərəsələrinin razılığı ilə onun fəxri adının vəsiqəsi və döş nişanı saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.
Fəxri adlar hansı hallarda və kim tərəfindən ləğv edilə bilər?
Hüquqşünasın sözlərinə görə, fəxri adları yalnız Prezident ləğv edə bilər.
"Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məhrum edilə bilər: 
- fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən; 
- Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə, fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən. Azərbaycan Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı adminstrasiyaya qaytarılmalıdır.”
Miri Məcidli
Femida.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ