Bir sıra müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması aylıq əməkhaqqı məbləğini azaldır.
GunAz.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı açıqlayıb. Nazirin sözlərinə görə, orta dərs saatı 8 saat olan müəllimlər 14 372 nəfərdir (12%). Onlar 500 manata qədər maaş alırlar.

500-1000 manat arası maaş alanlar 45 min 126 nəfərdir (39%). Onlar həftədə 17 saat işləyirlər.
Həftədə 25 saat işləyən 36% müəllim (40 240 nəfər) var ki, onlar 1000-1500 AZN maaş alırlar.
2000 manata qədər maaş alan müəllimlərin sayı 14 228 nəfərdir (12%). Onlar həftədə 31 saat dərs deyirlər.
2000 manat və daha artıq maaş alan müəllimlərin sayı isə 1 426 nəfərdir. Onlar müəllimlərin 1%-ni təşkil edir. Həmin müəllimlər həftədə 34 saat dərs deyirlər.