SON DƏQİQƏ

MTN generalının həbs müddəti uzadıldı

Tarix:

7-04-2017, 13:00

/ 3 861 dəfə oxundu.
MTN generalının həbs müddəti uzadıldı

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və onunla birlikdə ittiham olunan digər işçilərinin həbs müddəti uzadılması ilə bağlı vəsatətə baxılıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Elçin Quliyev və digər şəxslərin həbs müddəti daha bir ay müddətinə artırılıb.
Elçin Quliyev və onunla birlikdə ittiham olunan şəxslərin barəsində olan cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim icraatına veriləndən sonra məhkəmənin hazırlıq iclası keçiriləcək.
MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev 2016-cı ildə həbs edilib. MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə icraata götürülüb. MTN-in vəzifəli şəxsləri ilə bağlı bəzilərinin cinayət işi ayrı-ayrı icraatlarda Bakı Hərbi Məhkəməsində araşdırılır.(Teleqraf.com)
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ