SON DƏQİQƏ
» » ŞOK AÇIQLAMA: "Azərbaycanda kolbasa istehsalında it ətindən də istifadə edilir"

ŞOK AÇIQLAMA: "Azərbaycanda kolbasa istehsalında it ətindən də istifadə edilir"

Tarix:

3-04-2017, 20:36

/ 5 428 dəfə oxundu.
ŞOK AÇIQLAMA: "Azərbaycanda kolbasa istehsalında it ətindən də istifadə edilir"

Azərbaycanda ətin qiyməti gündən-günə bahalaşsa da, ət məhsulu hesab edilən kolbasa və sosiskaların qiymətində heç bir artım müşahidə edilmir. Sümüklü ətin qiyməti təxminən 12-15 manat arasında dəyişir. Piştaxta arxasında isə hətta 4 manata da kolbasa tapmaq olar. Xüsusən də, 8-ci kilometr bazarı ətrafında böyük və keyfiyyətsiz kolbasa biznesi qurulub. Bir ədədi bir manata satılan bu cür kolbasalar görəsən hansı ətdən istehsal edilib?
Gunaz.az xəbər verir ki, Cebhe.info-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəyə Hindistandan kolbasa üçün ət gətirilir. Bunun da qiyməti nə az, nə çox, 3 və 3 manat 50 qəpik arasında dəyişilir:
"Əksər hallarda kolbasa yerli və təzə ətlərdən hazırlanmır. Ölkədə satılan kolbasa məhsullarının böyük əksəriyyətinin tərkibi Hindistandan gətirilən ət məhsullarından ibarətdir. Biz buna 100 faiz əminik. Bu cür ətlərin kilosu 3 manata ölkəyə daxil olur. Bəzən istehlakçını aldatmaq məqsədi ilə kolbasanın üzərinə heç nə yazılmasa da, qeyd edə bilərəm ki, onun tərkibində digər inqridentlərlə yanaşı soyadan da istifadə edilir. Xüsusən də soya unundan geniş istifadə olunur”.
E.Hüseynovun sözlərinə görə, kolbasanın qiymətinin aşağı olması gətirilən ətin ucuz və keyfiyyətsiz olması ilə əlaqədardır. Kolbasada heyvanın istehlaka yararsız olan hissələrindən də istifadə edilir.
Həmsöhbətimiz ölkədə qeyri-qanuni fəaliyyət göstərən kolbasa sexlərindən də söz açıb: 
"Mütəmadi olaraq Koroğlu metrosu ətrafında yerləşən kolbasa sexləri haqda məlumatlar daxil olur. Əlbəttə, bu cür sexlərdə kilosu 50 qəpiyə alınan, leş yığanların verdiyi, mundar hesab edilən ətlərdən kolbasa istehsal edilir. İstisnasızdır ki, istehsalda at, eşşək əti ilə yanaşı, it ətindən də istifadə edilir”.
Fevralda prezident qida təhlükəsizliyi haqda fərman imzaladı. Düşünürəm ki, gələn ildən etibarən bu məsələ də nizama salınacaq”.
Maraqlıdır, ümumiyyətlə ölkədə qida təhlükəsi olmayan kolbasalar satılırmı? E.Hüseynovun sözlərinə görə, yalnız 3 firma standartlara cavab verir:
"Azad İstehlakçılar Birliyinin Qida Təhlükəsizliyi nişanı verdiyi 3 şirkət var ki, onlar tam nəzarətdədir. İstehsalçı firmalar "Sab”, "Sevimli Dad” və "Min Bərəkət”dir. Bu firmaların qapıları hər zaman monitorinqlərə açıqdır, burada heç bir təhlükəli məhsul istehsal edilmir.
Düzdür, bu məhsullar da ucuzdur. Bu firmaların kolbasaları üçün ət Hindistandan gətirilir. Ancaq ucuz məhsul olsalar da, heç bir qida təhlükəsi yoxdur”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ