SON DƏQİQƏ
» » Quba Soyqırımı Memorial Kompleksi ən çox ziyarət edilən yerlərdəndir

Quba Soyqırımı Memorial Kompleksi ən çox ziyarət edilən yerlərdəndir

Tarix:

3-04-2017, 18:39

/ 4 755 dəfə oxundu.
Quba Soyqırımı Memorial Kompleksi  ən çox ziyarət edilən yerlərdəndir

Quba Azərbaycanın ən çox bəyənilən rayonlarından biridir.Çox qədimdən bu günə qədər gözoxşayan əvəzedilməz təbiəti ilə seçilən Quba turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.Bura gələnlər xüsusən Qəcreş adlanan yerdə kölgəli meşəliklərdə Vəlvələ çayının ətrafında yerləşən Afurcan şəlaləsinin yanında istirahət edə bilər.
Bundan başqa 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Kompleksi burada ən çox ziyarət edilən yerlərdəndir. 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə bizdə  kompleksiı ziyarət etdik. Kompleks erməni millətçilərinin Azərbaycana qarşı qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsilləri məlumatlandırmaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmışdır.Muzey Azərbaycan rus və ingilis dillərində təqdim olunur.Muzeyin mərkəzində qara mərmər daşı dəfn edilməsi mümkün olmayan qurbanlarının xatirəsinə həsr olunub. Muzeyin zalında böyük lövhə üzərində müasir insanların bu hadisələrə qarşı olan hisslərinin ifadəsi əks olunur .Abidə yerin altına doğru 6 m dərinliyə qədər gedir və muzey boyu divarlarda Quba rayonun milli mənəvi dəyərləri şəkillər formasında öz əksini tapır. Bu şəkillərdə həm o dövr üçün dinc yaşayan Quba əhli həmdə müxtəlif xalq nümayəndələri (yəhudi,ləzgi və s.) təsvir olunur.Muzeyi müşahidə edərkən bizi dərin məlumatlarla bilgiləndirən Abutalib bəy oldu.Sonda isə xatirə dəftərinə arzu və ürək sözlərimizi qeyd etdik.Xalqın keçmişi onun tarixidir. Tariximizi unutmayaq unutdurmayaq. Allahdan bu keçməkeşli tarixdə can verən bütün qurbanlara rəhmət diləyirik.
Vüsalə Səmədli

 

 

 

 

 

Quba Soyqırımı Memorial Kompleksi  ən çox ziyarət edilən yerlərdəndir

 

Quba Soyqırımı Memorial Kompleksi  ən çox ziyarət edilən yerlərdəndir

 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ