SON DƏQİQƏ

HAVA PROQNOZU

Tarix:

24-03-2017, 17:40

/ 3 628 dəfə oxundu.
HAVA PROQNOZU

Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, şimal-şərq  küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək  - 770 mm civə sütunundan 763  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz  60-70% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər