SON DƏQİQƏ

Təqaüdçülər üçün sosial layihə - YENILIK

Tarix:

15-03-2017, 15:26

/ 3 877 dəfə oxundu.
Təqaüdçülər üçün sosial layihə - YENILIK

Qərb Universiteti "Third Age Baku” sosial layihəsi çərçivəsində təqaüddə olan və artıq əmək fəaliyyəti ilə məşğul olmayan insanlara öz qapılarını açmışdır.
Layihə iştirakçılarına hər həftənin şənbə günü Qərb Universitetində kompüter kursları təşkil olunur. Kurslar tamamiləödənişsiz olaraqhəyata keçirilir.
Dərslərin aparılmasında məqsəd yaşlı insanların kompüterdə baza bilik və bacarıqlara yiyələnməsi, internetdə informasiya axtarışının aparılması və digər vərdişləri əldə etməsi və beləliklə, yaşlı insanların müasir cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.
Dərsləri Riyaziyyat və kompüter texnologiyaları kafedrasının dosenti Rəna Hacıyeva tədris edir.
Kompüter kurslarından başqa layihə iştirakçılarını müxtəlif mövzularda ustad dərslərində iştirak, maraqlı insanlarla görüşlər və digər bu kimi tədbirlər gözləyir.
Kurslara yazılmaq üçün (+994)12492 61 63telefonu ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ