SON DƏQİQƏ

HAVA PROQNOZU

Tarix:

13-03-2017, 13:15

/ 4 879 dəfə oxundu.
HAVA PROQNOZU

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 14-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər