Naxçıvan torpağına mənsub olan böyük alimlərdən biri də “Kompani” ləqəbi ilə tanınan mərhum Ayətullahül-üzma Şeyx Məhəmməd Hüseyn Naxçıvanidir. Onun ulu babası Hacı Məhəmməd İsmayıl Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə keçmiş, Naxçıvanı tərk etmək məcburiyyətində qalıb Cənubi Azərbaycana köçmüşdür. O, əvvəlcə Təbriz şəhərinə gəlir, daha sonra İsfahanda məskunlaşır. Bu şəhərdə çox qaldığı və özünə yaxşı ad-san qazandığı üçün Hacı Məhəmməd İsmayılı və övladlarını “İsfahani” nəsəbi ilə tanıyırlar.
Ailə daha sonra İraqın Kazimeyn şəhərinə üz tutur. Burda məskunlaşır. Şeyx Məhəmməd Naxçıvaninin atası Məhəmməd Həsən etibarlı, hər kəsə əl tutan bir tacir kimi məşhurlaşmışdı, ona “müinüt-tüccar” (tacirlərin yardımşıçı) ləqəbi ilə müraciət edirdilər. Arxiv materiallarından aydın olur ki, tacir Məhəmməd Həsən bəy Bağdad - Kazimeyn dəmiryolunu çəkən şirkətə rəhbərlik edirdi; buna görə onu “Kompani” ləqəbi ilə çağırırdılar. Ayətullah Məhəmməd Hüseyn Naxçıvaninin bəzi mənbələrdə “Kompani” ləqəbi ilə qeyd olunmasının səbəbi də elə budur. İlk dəfə bu ləqəb onun şeir divanının üz qabığında yazılmış, bundan sonra müəllif həmin ləqəblə tanınmağa başlamışdı. Deyilənlərə görə, alim bu ləqəblə çağırılmağı xoşlamazmış...
Şeyx Məhəmməd Hüseyn Naxçıvani hicri 1296 - cı il məhərrəm ayının 2-də (miladi 1878-ci ilin sonları) Kazimeyndə dünyaya göz açmışdır. Atası onun özü kimi tacir olmasını, dünyəvi işlərlə məşğul olmasını, elmdən, təhsildən uzaq olmasını istəyirdi, amma balaca Məhəmməd Hüseyn həmişə ruhani libaslı tələbələrə həsrətlə baxırdı. Nəhayət, İmam Musa Kazimin (ə) mübarək hərəmində o həzrətin ruhuna təvəssül edir və bu duanın nəticəsində atası onun dini təhsil almasına razı olur...
Məhəmməd Hüseyn Naxçıvani təqribən 20 yaşında ikən ilahiyyat dərslərinin yüksək mərhələsinə qədəm qoyur. O, Nəcəf dini elmlər mərkəzində Şeyx Həcən Tuysərkani, Seyyid Məhəmməd Fişarəki, Ağa Rza Həmədani, Axund Xorasani, Axund Məhəmməd Baqir kimi böyük alimlərdən dərs alır. Şeyxüş-şəriə İsfahani, Mirzə Hüseyn Nuri kimi məşhur alimlər ona hədis rəvayəti üçün icazə verirlər.
Məqalələrdən oxuyuruq ki, Şeyx Məhəmməd Hüseyn Naxçıvani dini elmlər sahəsində misilsiz bacarıq sahibi idi. Həm fiqh və üsuli-fiqh, həm də fəlsəfə və hikmət dərsləri verirdi. İbadətdə, irfan və təqvada çox uca məqama sahib idi. Əhli-beytə hədsiz məhəbbəti vardı, bunu öz şeirlərində parlaq şəkildə ifadə edirdi. Alimin şeir divanı onun böyük istedadından xəbər verir. Onun tələbəsi mərhum Ayətullah Behcət xatırlayırdı ki, Şeyx Məhəmməd Hüseynin şəxsiyyətində elmi və irfani xüsusiyyətlər bərabər şəkildə cəmlənmişdi. Onun elmi fəaliyyətini izləyənlər elə güman edirdilər ki, gecə - gündüz oxuyub - yazmaqdan, dərs deməkdən başı ayılmaz. Amma onun irfan dünyasından, ibadətindən xəbərdar olanlar elə təsəvvür edirdilər ki, bu adam ibadətdən savayı heç nəyə vaxt tapa bilməz...
Maraqlıdır ki, XX əsrin Nəcəf dini elmlər mərkəzində onilliklər boyunca fəlsəfə, hikmət və əqli elmlər üzrə dərs verən ən məşhur müəllimlərin, alimlərin hamısı Şimali Azərbaycan əsillidir. Seyyid Hüseyn Badkubeyi və Şeyx Sədra Badkubeyi ilə yanaşı, Məhəmməd Hüseyn Naxçıvaninin də adı bu sırada ilk yerlərdə durur...
Nəcəf hövzəsində təhsil alan və sonralar böyük alim kimi şöhrət qazanan onlarla şəxsiyyət Şeyx Məhəmməd Hüseynin yetirməsidir. Ayətullah Birucerdi, Ayətullah Milani, Xoyi, o cümlədən Əllamə Təbatəbai, Ayətullah Behcət, Əllamə Əmini, Əllamə Müzəffər, hətta Naxçıvan torpağının islam elminə bəxş etdiyi daha bir alim - Muhəmməd Əli Ordubadi də onun şagirdi olmuşdur...
Məhəmməd Hüseyn Naxçıvani hicri 1361 - ci il zilhiccə ayının 5-də (miladi 1942-ci il) Nəcəfdə rəhmətə getmiş, İmam Əlinin (ə) hərəmində, Əllamə Hillinin məzarının yaxınlığındakı hücrədə dəfn olunmuşdur. Allah rəhmət eləsin!