SON DƏQİQƏ

ATV yayımı dayandırdı

Tarix:

6-03-2017, 19:15

/ 3 686 dəfə oxundu.
ATV yayımı dayandırdı

"Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb. Telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.
"Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ