Azərbaycanda TRT 1-in yayımı sabahdan bərpa olunacaq
Tarix:
28-02-2017, 15:04
/ 5 915 dəfə oxundu.
"TRT 1" televiziya kanalının Azərbaycanda yayımı sabahdan bərpa olunacaq.
Bu haqda Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) xəbər yayıb.
Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək.
Qeyd edək ki, "TRT 1" telekanalı 1995-ci ildən etibarən Azərbaycanda yayımlanır. Lakin rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən TRT 1-in Azərbaycanda yayımı dayandırılmışdı.