SON DƏQİQƏ
» » İnternet kafelərə xüsusi tələblər irəli sürüləcək - VİDEO

İnternet kafelərə xüsusi tələblər irəli sürüləcək - VİDEO

Tarix:

2-03-2017, 10:58

/ 9 169 dəfə oxundu.
İnternet kafelərə xüsusi tələblər irəli sürüləcək  - VİDEO

Artıq oyun disklərinə, televiziya proqramları və digər internet məlumatlarında yaş işarələnməsi qoyulacaq. İnternet kafelərdə də uşaqlar üçün xüsusi komputerlər ayrılacaq. Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi bununla bağlı qanun layihəsi hazırlayıb.
İnternet kafelərə xüsusi tələblər irəli sürüləcək. Belə ki, bu məkanlara müraciət edən uşaqlar ancaq xüsusi proqramlaşdırılmış komputerlərdən istifadə edəcək və zərərli informasiyalaın olduğu saytlara girə bilməyəcəklər. ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bununla bağlı qanun layihəsinin hazırlandığını bildirdi.
Komitə nümayəndəsi bildirir ki, qanun layihəsinin məqsədi uşaqların internetdə qarşılaşacağı zərərli informasiyadan qorunmasıdır. Həmçinin oyun disklərində, televiziya proqramlarında da informasiyanın hansı yaşa uyğun olduğu işarələnəcək. Bu təcrübə artıq bir çox ölkə tərəfindən tətbiq edilir.
Qanun layihəsi qəbul olunsa bu tələbləri yerinə yetirməyənlər inzibati məsuliyyət daşıyacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ