SON DƏQİQƏ

İSTİ günlər bölgələrdə SƏRİN keçir

Tarix:

5-08-2024, 15:44

/ 3 556 dəfə oxundu.
İSTİ günlər bölgələrdə SƏRİN keçir

İsti günlər Nabranda sərin keçir.
GünAz.az xəbər verir ki,yayın son günləri olmasına baxmayaraq qızmar havalar insanların bölgələrimizə axın etməsinə heç bir maneə törətmir. Azərbaycanın səfalı yerləri turistlərimiz qədər yerli əhalinində diqqətini hər zaman  çəkmişdir . Bu il şahidi olduq ki, isti günləri sərinləşdirmək adına, əhalinin bir çox qismi Nabran ərazisində olan istirahət mərkəzlərinə üz tuturlar.

Nabran ərazisində bir çox istirahət mərkəzləri mövcuddur. Əhalinin bir çox hissəsinin  Nabran bölgəsini seçməkdə əsas məqsədi daha səmərəli istirahət etməkdir. Daha səmərəli istirahət dedikdə əsasən ana təbiətdə olan meşə zolağı ilə dəniz sahəsinin birləşməsi nəzərdə tutulur.
Bu ana təbiətin birləşməsi bir neçə sayı az olan bölgələrimizdə müşayət edilir. 
Ən geniş dəniz və meşə sahəsi  isə nabran bölgəmizdədir.
Bu ana təbiət möcüzəsinə şahid olmaq üçün Nabran bölgəsində yerləşən “Mayak” istirahət mərkəzinə yaxınlaşa bilərsiniz.
Qeyd olunan istirahət mərkəzinin ətraf sahələri yüksəklikdə yerləşdiyinə görə səhər saatlarında çox maraqlı şəkildə günəş və buludların yer səthinə nə dərəcə  enib, yaxın olduğunu izləmək mümkündür. 

Nabranda yerləşən istirahət mərkəzlərinin göz oxşayan səfalı təbiəti və kollektivi istirahətimizin keyfiyyətinin artmasında əsas faktor oldu.
Növbəti yaylarda təkrar görüşmək diləyi ilə ayrılırıq.

Səfurə.Safскачать dle 12.1

Şərhlər