SON DƏQİQƏ

Lətifə kimi olay - FOTOLAR

Tarix:

22-05-2024, 15:49

/ 2 734 dəfə oxundu.
Lətifə kimi olay - FOTOLAR

Yeni binanın giriş qapısı birbaşa maşınların keçdiyi yerə açılır
Binaların tikilməsi, standartlara cavab verməsi yeni tikilən binalar üçün çox zaman problem olaraq qalır. Buna səbəb də sahibkarların əlindəki evlərin dövlət tərəfindən təsdiq olunmuş layihə ilə deyil, binanı  istədiyi kimi (cəzasızlığa görə) tikməsidir. Yasamal rayonunun (şəkillər əlavə olunur) Ə. Salamzadə 593 məhəllə ünvanı  ilə böyür-böyür dayanan belə binalardan biridir. On beş ildir tikilib qurtarmayan tikilinin sahibkarı bu on iki mərtəbəli binanı tikib qurtarandan sonra (qeyd edək ki, tikinti materialları mağaza üçün nəzərdə tutulan yerdən daşınırdı) giriş qapısı qoyulmayıb. Çoxtərəfli qaydalar pozulduqdan sonra, əlavə torpaq zəbtlərindən sonra giriş qapısını birbaşa maşınla keçən küçəyə açıblar. İndi söz əlaqədar təşkilatlarındır. Məgər onlar bunu görmürlər?
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ