SON DƏQİQƏ
» » Hicaba görə işdən qovuldu: Ombudsman təzminat tələb etdi

Hicaba görə işdən qovuldu: Ombudsman təzminat tələb etdi

Tarix:

12-04-2024, 17:30

/ 2 232 dəfə oxundu.
Hicaba görə işdən qovuldu: Ombudsman təzminat tələb etdi

İsveçdə çalışdığı hava yolu şirkətindən hicabına görə qovulan qadına “ayrı-seçkiliyə məruz qaldığı” əsası ilə 14 min dollar təzminat ödəniləcək.
GunAz.az xəbər verir ki, İsveç Ayrı-seçkilik Ombudsmanı Lars Arrhenius bu barədə yazılı açıqlama verib: “Dini simvollara icazə verməyən və vahid geyim siyasəti həyata keçirən bir hava yolu şirkəti, iş müraciətini qəbul etməsinə baxmayaraq, hicablı qadını işdən çıxararaq ayrı-seçkiliyə səbəb oldu”.

Arrhenius qadının məruz qaldığı ayrı-seçkiliyə və pozuntuya görə haqlı olduğunu ifadə edib. O, oxşar hadisələrin qarşısını almaq üçün şirkətin qadına təxminən 14 min dollar təzminat ödəməsinə qərar verildiyini bildirib.

Qeyd edək ki, sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ayrı-seçkilik Ombudsmanına şikayət edib
скачать dle 12.1

Şərhlər