SON DƏQİQƏ

Sabaha HAVA PROQNOZU-15 dərəcə isti

Tarix:

21-02-2017, 13:08

/ 2 069 dəfə oxundu.
Sabaha HAVA PROQNOZU-15 dərəcə isti

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Gunaz.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4°, gündüz 8-12, Bakıda gecə 1-3°, gündüz 10-12° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ