SON DƏQİQƏ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix:

11-02-2017, 14:27

/ 5 148 dəfə oxundu.
Sabah hava necə olacaq? - PROQNOZ

Fevralın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   2-4° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək 773  mm civə sütunu  təşkil edəcək. 
Nisbi rütubət  80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Gunaz.az


 

 
скачать dle 12.1

Şərhlər