SON DƏQİQƏ

Yurdumun səsi -"Yurd FM"

Tarix:

23-11-2023, 08:32

/ 3 971 dəfə oxundu.
Yurdumun səsi -"Yurd FM"

Yurd FM radiosu, 18 noyabr 2022-ci ildən Bakı şəhərində yayıma başlayıb.
Yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkündür. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanır. Radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırır.
Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir. Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunur. Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir. 
Bəli, yarandığı ilk gündən həqiqətən də öz geniş auditoriyasını günü-gündən genişləndirir. Demək olar ki, avtomobillərin çoxunda Yurd FM-in dalğası dalğalanır ki, bu da bir daha subut edir ki, vətəndaşlarımız bayağı mahnılardan artıq bezib. Milli mahnılarımıza maraq artıb, bu əsasən cavan nəslin milli musiqimizə qayıtması deməkdir. Bir yaşı tamam olan Yurd FM-in əhatəsi inanırıq ki, daha da genişlənəcək. Radioda çalışan bütün kollektivi təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayıriq. Arzu edirik bu radio bütün Azərbaycanı, dünyanı əhatə etsin.
Bilman İSAQ 
GunAz.az saytının
 Baş Redaktoru
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ