SON DƏQİQƏ
» » Milli Məclisdə Araz Əlizadənin məsələsinə baxıla bilər - AÇIQLAMA

Milli Məclisdə Araz Əlizadənin məsələsinə baxıla bilər - AÇIQLAMA

Tarix:

8-02-2017, 09:17

/ 5 194 dəfə oxundu.
Milli Məclisdə Araz Əlizadənin məsələsinə baxıla bilər - AÇIQLAMA

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev deputat həmkarı Araz Əlizadənin Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

A.Əbiyev Publika.az-a açıqlamasında deyib ki, Milli Məclis müvafiq qərar qəbul edərsə, Araz Əlizadənin sözügedən fikirlərilə bağlı ölçü götürülə bilər:

"Araz Əlizadənin fikirlərilə bağlı Milli Məclisə müraciətlər olarsa, müvafiq qərar qəbul olunarsa, Milli Məclisin İntizam Komissiyasının iclası keçirilə, həmin iclasda isə Araz Əlizadənin məsələsinə baxıla bilər. Hələlik bununla bağlı hər hansı müraciət yoxdur”.

Komissiya sədri qeyd edib ki, Araz Əlizadənin Qafqaz İslam Ordusu və Nuru Paşa əleyhinə fikirlər səsləndirməsi doğru deyil:

"Bu, Türkiyə-Azərbaycan münasibətlərinə də xələl gətirə bilərdi. Ancaq düşünürəm ki, Türkiyə tərəfi hər hansı bir deputatın bu cür fikirlər səsləndirməsini Azərbaycan xalqının mövqeyi kimi anlamayacaq. Çünki bir deputatın fikri Azərbaycan xalqının fikri demək deyil. Ona görə də bir nəfərin fikri Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına ziyan vura bilməz. İstənilən halda bu cür həssas məsələlərlə bağlı diqqətli olmaq lazımdır”.

Xatırladaq ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qalmaqallı fikirlər səsləndirib.

Onun "Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi” deməsi cəmiyyətdə etirazlara səbəb olub.

Vasif Həsənli

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ