SON DƏQİQƏ
» » Zərərçəkmiş: "Akif Çovdarov 525 min dollarımı aldı" - YENİLƏNİB

Zərərçəkmiş: "Akif Çovdarov 525 min dollarımı aldı" - YENİLƏNİB

Tarix:

6-02-2017, 20:07

/ 2 995 dəfə oxundu.
Zərərçəkmiş: "Akif Çovdarov 525 min dollarımı aldı" - YENİLƏNİB

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

 Prosesdə A. Çovdarovun vəkilləri çıxış edib. Onlar A. Çovdarovun holter aparatından keçirilməsini istəyiblər. Bildiriblər ki, işemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Vəkillərin sözlərinə görə, müvəkkilləri holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil. Daha sonra iclasda "Baktel" şirkətinin rəhbəri Zaur İbrahimov zərərçəkmiş kimi ifadə verib.

Bildirib ki A. Çovdarov ondan 525 min dollar alıb. A. Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib: "Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al".

Proses fevralın 8-də davam edəcək.


***

14:00

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

  Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Kürdəmir rayonun İcra Hakimiyyəti başçısının keçmiş müavini Əşrəf Rzayev və Kürdəmir rayonunun keçmiş bələdiyyə sədri Mətləb Rzayev şahid qismində ifadə verib. Hər iki şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini,  A. Çovdarovu tanımadıqlarını deyiblər. Ə. Rzayev bildirib ki, icra başçısı ondan bir nəfərə torpaq verilməsini istəyib. O, da araşdırıb və boş olan torpaq sahəsini sənədləşdirib.

M. Rzayev isə ifadəsində deyib ki, həmin torpaq sahəsi onlara məxsus olub. Ə. Rzayev və icra başçısının digər bir nümayəndəsi ona hədə-qorxu gələrək torpaq sahəsindən imtina etməyi tələb ediblər. Onlar da məcbur qalıb deyilənləri ediblər. 

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.(APA)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ