SON DƏQİQƏ
» » Biləsuvar Gömrük İdarəsində külli miqdarda siqaret tutuldu

Biləsuvar Gömrük İdarəsində külli miqdarda siqaret tutuldu

Tarix:

1-02-2017, 14:52

/ 8 304 dəfə oxundu.
Biləsuvar Gömrük İdarəsində külli miqdarda siqaret tutuldu

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gunaz.az verilən məlumata görə, həmin məlumat əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ