SON DƏQİQƏ

SABAHA OLAN HAVA PROQNOZU

Tarix:

30-01-2017, 14:15

/ 4 164 dəfə oxundu.
SABAHA OLAN HAVA PROQNOZU

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.  
Gecə və səhər yolların buz bağlama ehtimalı var.  
Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Gunaz.az


скачать dle 12.1

Şərhlər