SON DƏQİQƏ

SABAHIN HAVA PROQNOZU

Tarix:

27-01-2017, 12:55

/ 5 166 dəfə oxundu.
SABAHIN HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında yanvarın 28-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz  1-3° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  80-90 % təşkil edəcək.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Yolların buz bağlama ehtimalı var.

Gunaz.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ