SON DƏQİQƏ

Sabahdan məktəblilərin qış tətili başlayır

Tarix:

26-01-2017, 08:51

/ 7 142 dəfə oxundu.
Sabahdan məktəblilərin qış tətili başlayır

Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.
Təhsil Nazirliyinin verdiyi məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun14-də başa çatacaq.
Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar),ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ